“WhatsApp” İOS-da yeni funksiyaya sahib olacaq
Məlumata görə, bu barədə “WABetaInfo” portalı xəbər
yayıb. Qeyd olunur ki, yenilik “WhatsApp”ın bir sıra istifadəçiləri üçün əlçatan
olacaq. Yeni funksiya videozəng zamanı “WhatsApp”ın minimuma endirilməsi zamanı
söhbəti davam etdirməyə imkan verir – zəng ekranı kiçik üzən pəncərədə yerləşdiriləcək.
Bu halda, pəncərə bağlana, ekran ətrafında hərəkət etdirilə və ya ölçüsü dəyişdirilə
bilər.
İndiyə qədər onlar yeniliyi yalnız ən son iOS 16.1 ilə
işləyən “iPhone”da sınaqdan keçirə biliblər.
Messencerin “Android”də olan versiyasında bu funksiya
artıq bir neçə ildir ki, işləyir.
GAXA.ge