Marneulidəki “Azərbaycan Evi”ndə “Qanun” Hüquqi Yardım Mərkəzinin imzaladığı əməkdaşlığa dair memorandum sənədinin təqdimatı keçirilib

Bu gün azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində fəaliyyət göstərən “Azərbaycan Evi”ndə “Qanun” Hüquqi Yardım Mərkəzi arasında əməkdaşlığa dair memorandum sənədi imzalanıb. GAXA-nın məlumatına görə, bu barədə “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov məlumat verib. Onun sözlərinə görə, hərtərəfli məsləhətləşmələrdən sonra sənədin təqdimatı çərçivəsində “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov və “Qanun” Hüquqi Yardım Mərkəzinin baş direktoru vəkil Əli Bədirov arasında lazım gələrsə, azərbaycanlılar üçün təmənnasız hüquqi yardım göstərmək üçün hər iki şəxsin iştirakı ilə imzalanan memorandum imzalanıbdır. Sənədin məzmunu haqqında tədbir işrirakçılarına ətraflı məlumat verilib.

Bildirilib ki, Gürcüstan vətəndaşları, o cümlədən xüsusən ölkədə yaşayan azərbaycanlılar vaxtaşırı hüquqi yardım məsləhətləri ilə tanış olmaq üçün memarandum sənədini imzalayan rəsmi şəxslərə müraciət edə bilərlər. Sənəddə vətəndaşlara mükəmməl hüquqi məsləhətlər haqqında ətraflı məlumat var və onlara dövlət dilində yazılacaq hüquqi məzmunda əlaqədar orqanlara müraciət ilə bağlı ərizə və şikayətlərdən ibarət rəsmi sənədlərin hüquqi terminlərlə necə yazılış qaydaları da öyrədiləcək. Memarandumda qeyd olunub ki, hüquqi qaydalarla vətəndaşlara məhkəmələrdə ərizələr əsasında iddiaların necə qaldırılması, baxılacaq ərizə və şikayətlərin son nəticələrinin də hüquqi qaydada necə tələb edilməsi haqqında hüquqi tələblərin də yazılması istiqamətində lazımi hüquqi istiqamətlər də  mükəmməl müraciətlər də öyrədiləcək. 

Memarandum sənədində vətəndaşların əlaqədar təşkilatlara ünvanlanacaq hüquqi sənədlərin-ərizə və şikayətlərin hazırlanması üçün hüquqi yardıma lazım olacaq ünvanlar da qeyd olunub.

Tel nömrəsi: +995599109690

GAXA.ge