Gürcüstan Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası prosesinin başlanmasına dair razılaşmanı alqışlayıb

Gürcüstan Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası komissiyasının sərhədin delimitasiyası prosesinin başlanması ilə bağlı əldə etdiyi razılaşmanı alqışlayır. GAXA-nın gürcü mətbuatına istinadən məlumatına görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunur.
“Gürcüstan regionda uzunmüddətli sülhün təmin edilməsində maraqlıdır və iki qonşu arasında sülhün və etimadın bərpası prosesinə töhfə verməyə qəti hazır olduğunu bir daha təsdiqləyir”, - bəyanatda deyilir.

GAXA.ge