Ukrayna Ali Radasının deputatı Liza Yasko: “Saakaşvilinin vəziyyəti yaxşılaşmır”

Saakaşvilinin durumu ilə bağlı bazar ertəsi, çərşənbə və cümə axşamı keçirdiyim görüşlər arasında fərq görmürəm. Mən görürəm ki, həkimlərin diqqəti var, amma onun səhhətinin vəziyyəti barədə dəqiq məlumatım yoxdur. GAXA-nın məlumatına görə, bu barədə bu gün Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilini ziyarət edən Ukrayna Ali Radasının deputatı Liza Yasko bildirib.

Liza Yaskonun sözlərinə görə, Saakaşvilinin vəziyyəti yaxşılaşmır.

"Mən bilirəm ki, Saakaşvilinin çox stresli vəziyyəti var, o, daim həbsxanada olmaq hissi keçirir. Mən bu günlərdə nəyinsə yaxşılaşdığını hiss etmirəm",-  deyə Liza Yasko bildirib.

Onun sözlərinə görə, Mixail Saakaşvili həqiqətən də məhkəmə qarşısına çıxmaq və çıxış etmək imkanının verilməsini istəyir.

“O, həqiqətən də məhkəmə qarşısına çıxmaq istəyir ki, ona insanlarla görüş imkanı verilsin, bu əlaqələri çox istəyir və ümid edir ki, bu baş verəcək, əks halda bu, onun hüquqlarının pozulması olacaq”,- deyə Ukrayna Ali Radasının deputatı Liza Yasko jurnalistlərə açıqlamasında qeyd edib.

Onun sözlərinə görə, yaxın bir neçə saat ərzində Mixail Saakaşvili Facebook-da mübarizədə növbəti addımlar barədə açıqlama verəcək.

GAXA.ge