Hansı partiyaya və mer vəzifəsinə namizədlərdən kimə səs verəcəksiniz?

Gürcüstanda mətbuat seçicilər hansı partiyaya və namizədlərdən kimə səs verəcəklər barədə keçirilmiş sorğunun nəticələrini dərc edib. GAXA-nın məlumatına görə, sorğunun nəticələrinə görə, partiyalar arasında liderlər "Gürcü Arzusu" və "Vahid Milli Hərəkat" olub.

"Yerli özünüidarəetmə orqanlarına seçkilər sabah olsaydı hansı partiyaya səs verərdiniz?" sualını cavablandıran respondentlər belə cavab veriblər:

"Gürcü Arzusu" - 35%

"VMH" - 30%

"Gürcüstan naminə" - 9%

"Avropa Gürcüstanı" - 4%

"İnsanlar üçün" - 4%

"Lelo" - 3%

"Üçüncü Güc" - 3%

“İşçi” Partiyası - 3%

"Girçi - Daha çox azadlıq" - 2%

Vətənpərvərlər İttifaqı - 2%

Elisaşvili - Vətəndaşlar Partiyası - 1%

"Droa" (Xoştaria) - 1%

Digər partiyalar - 3%

Eyni sual paytaxt sakinlərinə də verilib. Burada səslərin nəticələri aşağıdakı kimi paylanır:

"Gürcü Arzusu" - 33%

"VMH" - 27%

"Gürcüstan naminə" - 9%

"Girchi - Daha çox Azadlıq" - 8%

"Lelo" - 4%

“İşçi” Partiyası - 3%

"Avropa Gürcüstanı" - 3%

"Üçüncü Güc" - 3%

"İnsanlar üçün" (Anna Dolidze) - 3%

Vətənpərvərlər İttifaqı - 3%

Droa - 3%

Digər partiyalar - 1%.

"Ölkə düzgün istiqamətdə inkişaf edirmi?" sualına 24% -i düzgün, 64% -i isə "səhv" deyə cavab verib.

Bundan əlavə, respondentlərin 77% -i hesab edir ki, Gürcüstanın koalisiya hökumətinə ehtiyacı var və 23% -i bu bəyanatla razı deyil.

Tiflis şəhər meri vəzifəsinə namizədlər arasında Kaxa Kaladze və Melia iştirak edəcəklər. "Sabah yerli özünüidarəetmə orqanlarına seçkilər olsaydı, Tiflis şəhər meri namizədlərindən hansına səs verərdiniz?" sualına respondentlər belə cavab veriblər:

Kaxa Kaladze - 41%

Nika Melia - 36%

Georgi Qaxariya - 13%

Anna Dolidze - 4%

Anna Bibilaşvili - 2%

Digər namizədlər - 4%

Məlumata görə, bu sorğu 21-25 sentyabr tarixlərində “Mtavari Arxi”- nin sifarişi ilə IPSOS tərəfindən həyata keçirilib. Ümumilikdə, Gürcüstanda 1500 nəfər respondentdən müsahibə alınıb. Hesablama xətası +/- 2,5%-dir.

Xatırladaq ki, Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər 2 oktyabr şənbə günü keçiriləcək.

GAXA.ge