Azərbaycanda benzinin qiyməti qalxıb

15 sentyabrdan etibarən Azərbaycanda Aİ-95 və Aİ-98 markalı benzinin qiyməti qalxacaq. GAXA-nın məlumatına görə, bu barədə yerli KİV xəbər verir.

Məlumata görə, Aİ-95 markalı benzinin bir litrinin qiyməti 1 manat 60 qəpik, Aİ-98 markasının qiyməti 1 manat 90 qəpik olacaq.

Hazırda Aİ-95 markalı benzinin bir litri 1 manat 45 qəpik, Aİ-98 markalı benzinin qiyməti isə 1 manat 60 qəpikdir.

GAXA.ge