Qələmin gücü, sözün təsiri...

(Bu yazını ona görə yazdım ki, cəhalətin atasını yandırım...)

Düşünürəm ki, belə sərlövhəli məqalələri hələ çox yazacağam. Mən yazdıqca qələmim itilənir, sözümün təsiri qılınc kimi kəsərli olub, bəzi qorxaq adamların sinəsinə saplanıb, ayışdırır. Mənim haqqımda gah jurnalda, gah da yutubda, digər alayarımçıq sözlər dərc edilən qəzetlərdə kökü olmayan yazılar yazılır. Bir tərəfdən mən buna müsbət yanaşıram, çünki onlar məni reklam edirlər. Qələmim isə mənə deyir eheyy, Qaraca oğlan! Qoyunları yaxşı otar. Qoy yolunu azmasınlar! Bəziləri itlərini Qorxmaz deyib çağırır. Bir də gördün ki, bu Qorxmaz dediyimiz it sinə-sinə canavarın altına yıxılır. Sonra zingildəyə-zingildəyə Yağlıcanı aşıb Tiflis tərəfə yön alır. Qoca itin dərdi böyükdür bu isti yay günlərində... Burda bir saz çatmır onun dərdinə ağlamağa...

Nizami Məmmədzadə, əməkdar jurnalist