Gürcüstanda son 24 saat ərzində 21 xəstə koronavirusdan dünyasını dəyişib

Gürcüstanda son 24 saat ərzində 21 xəstə koronavirusdan dünyasını dəyişib. GAXA-nın məlumatına görə, bu barədə hökumətin stopcov.ge xüsusi saytında məlumat verilib.

Gürcüstanda koronavirusdan ölənlərin ümumi sayı 4151 nəfərdir.

Bu gün 988 yeni koronavirus infeksiyası halı aşkarlanıb, 1595 xəstə sağalıb.

Xatırladaq ki, dünən, 1 may tarixində Gürcüstanda COVID-19 1.147 nəfərdə təsdiqlənib, 690 nəfər sağalıb, 20 nəfər ölüb
GAXA.ge.