Gürcüstanda aprelin 23-dən “Kitab hədiyyə ver” kampaniyası başlayıb

Gürcüstanda aprelin 23-dən “Kitab hədiyyə ver” kampaniyası başlayıb. GAXA-nın məlumatına görə, tədbir bu il Tiflisin Dünya Kitab Paytaxtı statusu alması ilə əlamətdar olacaq.

1995-ci ildə UNESCO tərəfindən təsis edilən Dünya Kitab və Müəllif Hüquqları Günü hər il 23 aprel tarixində qeyd olunur. İlk dəfə 23 aprel 1996-cı ildə qeyd olunub.

Əhalini bu gün münasibətilə təbrik edən Gürcüstanın Təhsil və Elm naziri Mixail Çxenkeli hər kəsi bu kampaniyada fəal iştirak etməyə və kitabı təbliğ etməyə çağırıb.

Qeyd edək ki, Tiflis bir il ərzində dünya kitab paytaxtı olacaq.

"Kitab və Müəllif Hüquqları Gününün 20 ilə yaxındır Gürcüstanda qeyd olunmasına sevinirəm. Bu günün dünya ədəbi dahiləri ilə əlaqəli olması simvolikdir. Gürcüstanda bu gün kitab bağışlamaq, kitabları populyarlaşdırmaq üçün bir gün kimi təsis edildi. Nəticə etibarilə bir kitab bir-birimizə xatirə olaraq verə biləcəyimiz ən yaxşı hədiyyələrdən biridir",- deyə Mixail Çxenkeli bildirib.

23 Aprel Dünya Kitab və Müəllif Hüquqları Günündə Tiflis bir il müddətinə Dünya Kitab Paytaxtı statusunu aldı. Kitab paytaxtının statusu, Malayziyanın paytaxtı Kuala Lumpur meriyası nümayəndə heyəti tərəfindən Tiflis şəhərinin başçısı Kaxa Kaladzeyə veriləcək.

UNESCO-nun Dünya Kitab Paytaxtı 2002-ci ildə UNESCO-nun Baş Konfransının qərarı ilə yaradılan geniş miqyaslı bir layihədir. Kitab və mütaliəni təşviq etmək, kitab sənayesini və bütün əlaqəli sahələri tanıtmaq və müasir müəllifləri, tərcüməçiləri, kitabxanaları və naşirləri dəstəkləmək məqsədi daşıyır.

GAXA.ge