22 aprel Beynəlxalq Yer Günüdür

22 aprel Beynəlxalq Yer Günüdür! 192 ölkədən müxtəlif təşkilatların və hər il milyonlarla könüllünün iştirak etdiyi dünyanın ən böyük ekoloji tədbirlərindən biridir.
1970-ci ildə Santa Barbara neft yatağından okeana neftin tökülməsi nəticəsində okeanın çirklənməsi və su həyatının məhv olması ilə nəticələndi. 
1970-ci ildən isə ABŞ-da ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək Yer Günü adlandırılıb.
Senator Geylord Nelsonun Yer kürəsini qorumaq çağırışına 20 milyon insan qoşulub. O vaxtdan bəri, Yer Günü hər il 22 aprel tarixində qeyd olunur. Gürcüstanda isə bu gün 1990-cı ildən bəri Beynəlxalq Yer Gününü ətraf mühitə həsr olunan müxtəlif tədbirlər keçirməklə qeyd edir.
GAXA.ge