Gürcüstan Müdafiə Nazirinə yeni müavin təyin edilib

Bu gün Gürcüstan Müdafiə Naziri Juanşer Burçuladze yeni müavin Qriqol Qiorqadzeni nazirlik  işçilərinə təqdim edib və ona nazirlikdə uğurlu iş arzulayıb. GAXA-nın məlumatına görə, bu barədə müdafiə nazirliyindən bildirilib.

Qriqol Qiorqadze ixtisasca beynəlxalq hüquq üzrə mütəxəssisdir. O, həmçinin Müdafiə Nazirliyində Hüquq şöbəsinə nəzarət edəcək.

Qriqol Qiorqadze hüquqi təhsilini Tiflis Dövlət Universitetində və ABŞ-da, Kolumbiya Universiteti Hüquq Fakültəsində alıb. O, eyni zamanda, beynəlxalq hüquq üzrə doktorantdır.

Müdafiə nazirinin yeni müavini rəhbər vəzifələrdə işləməkdə böyük təcrübəyə malikdir.

GAXA.ge