Marneulidə sahibsiz itlər insanlara hücum edir

Bu il Marneulidə sahibsiz itlərin sayı çoxalıb. GAXA-nın məlumatına görə, xəstə, haradansa azıb gələn itlər şəhərin yaşayış binalarına yaxın küçələrdə dolaşır, eyni zamanda harada zibil yeşiyi qoyulubsa itlər tullantıları dağıdır, ətraf mühiti çirkləndirirlər.

Gündüz saatlarında şəhər sakinləri mağazalara və yaxud lazımi yerlərə gedəndə sahibsiz itlər onlara hürür, hətta hücum edirlər. Ən təhlükəli vaxt məktəbli uşaqların səhər saatlarında məktəbə gedərkən itlərin toplandığı yerlərdən keçməsidir.

GAXA-nın apardığı sorğunu cavablandıran valideynlər itlərin onların uşaqlarına hücum etməsi və uşaqlara hürməsi cavabı çox olub. Valideynlər xahiş edirlər ki, Marneuli meriası sahibsiz itlərlə bağlı müəyyən tədbir görsünlər. Sakinlər itlərin quduz xəstəliyinə tutulmasını da ehtimal edirlər. Onlar belə hadisənin qeydə alındığını da bildiriblər.

Qeyd edək ki, COVİD-19 infeksiyasının tüğyan etdiyi dünyada bəzi ölkələrdə it və pişiklərdə də koronavirusla bağlı infeksiya aşkar olunduğu qeyd edilib. Sözsüz ki, hələki Gürcüstanda belə hadisə qeydə alınmayıb. Sadəcə olaraq, bu bizim ehtimal etdiyimiz fikirlərdir.

Yaxşı deyiblər, itdən qorxan çobağı yerə qoymaz. İndi isə itlərin də çoxaldığı küçələrdə hər bir hadisə ola bilər. Hər halda, diqqət yaxşı şeydir. Bu istiqamətdə veterinar həkimlər sahibsiz itləri nəzarətə götürməli və bilməlidirlər ki, koronavirus pandemiyasına qarşı mübarizə zamanı ətraf mühitdə dolaşan sahibsiz itlər xəstəliyə düçar olan insanları iyləyə də bilər. Belə olan məqamda  uydurma və şayiələr insanlar arasında qorxunu artıra bilər.

Mətbuatda rast gəlmişik ki, itlərdə infeksiyaya yoluxma halları ola bilər. Məsələn, it qripi xəstəliyi var. Həkimlər pişiklərə və itlərə əlamət göstərmədən xəstəliyin yoluxa biləcəyi haqqında məlumat olduğunu bilirlər. Məlumata görə, oxşar əlamətlər ortaya çıxarsa, ev heyvanlarında da xəstəlik ola biləcəyi ehtimalı var.

Məhz bu səbəbdən biz əlaqədar təşkilatlara, həmçinin Marneuli meriyasına müraciət ünvanlayır və hazırda şəhərin küçələrində, bazar və dükanların qarşısında, zibil yeşiklərinin yanında dolaşan sahibsiz itlərin təhlükəli olduğunu bildiririk.

Bu təhlükədən isə vaxtında xilas olmaq, COVİD-19 infeksiyasına qarşısı mübarizə deməkdir. Yaxşı olar ki, Marneuli sakinləri bu xəbərlə bağlı fikirlərini bildirərək, itlərin Marneulidə hansı küçələrdə çox olduğunu bildirsinlər və bunu bilən əlaqədar təşkilatlar fəal şəkildə tədbir görməyi planlaşdırsınlar.

GAXA.ge