Hulusi Akar Istanbulda Xocalı sərgisinin açılışında iştirak edib

Türkiyənin milli müdafiə naziri Hulusi Akar İstanbulda Mərkəzi Zabitlər Evində “29-cu ilində Xocalı Soyqırımı” foto sərgisinin açılış mərasimində iştirak edib.

GAXA-nın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.

Sərgi Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun dəstəyi ilə keçirilib.

Sərgiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunları Komandanı ordu generalı Ümit Dündar, Hərbi Dəniz Qüvvələri Komandan Adnan Özbal, Hərbi Hava Qüvvələri Komandanı ordu generalı Həsən Küçükakyüz də qatılıb.

Türkiyə rəsmilərinə fotolar barədə məlumat verilib.

“29 il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm. Azərbaycan türkü qardaşlarımızın acısını ürəyimizdə yaşamağa davam edirik. Bu qətliamı unutmadıq, unutmayacağıq. Keçmişi əsla unutmayacağıq, lakin gələcəyə baxacağıq. Xocalıda şəhid edilən bütün soydaşlarımıza Allahdan rəhmət diləyirəm”, – deyə Akar bildirib.

GAXA.ge