Gürcü ekspert: “Qarabağda daş-daş üstündə qalmayıb”

Biz gürcü jurnalistləri ilə bərabər Qarabağın işğaldan azad edilmiş torpaqlarını ziyarət etdik. Orada daş-daşın üstündə qalmayıb. GAXA-nın məlumatına görə, bu sözləri Azərbaycan KİV-lərinə açıqlamasında Gürcüstan Strateji Beynəlxalq Araşdırmalar Fondunun eksperti Aleksandr Klaxadze bildirib.

O, qeyd edib ki, bu günlərdə Ağdama, Füzuli və digər rayonlara getdik. “Orda görüntülərimiz nə idi? Bu ərazilərdə daş-daşın üstündə qalmayıb. 30 illik işğal sayəsində bu bölgədə yaşayan Azərbaycan xalqının evləri yox edildi, müqəddəs məscidlər, gümbzlər, qəbiristanlıqlar da vandalizmlə yox edildi. İndi Qarabağda bir çox ərazilərə minalar qoyulub. Onların torpaqdan təmizlənməsi üçün bir çox illər lazımdır”- deyə ekspert Aleksandr Klaxadze açıqlamasında vurğulayıb.

Qeyd edək ki, Gürcüstan Strateji Beynəlxalq Araşdırmalar Fondunun eksperti Aleksandr Klaxadze azərbaycanlı jurnalistlərə açıqlamasını Azərbaycan dilində verib.

GAXA.ge