Azərbaycanda vaksinlərin vurulmasına start verilib

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevə koronavirus əleyhinə vaksin vurulub. GAXA-nın məlumatına görə,

COVİD-19 vaksini “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlıya və əhali ilə ünsiyyətdə olan digər rəsmi şəxslərə də vurulacaq.

Qeyd edək ki, Azərbaycan Çin istehsalı olan “Sinovac” peyvəndindən istifadə edəcək. Peyvənd vurdurmaq könüllüdür.

GAXA.ge