Gürcüstanda Kovid-19 infeksiyasının əsas mərkəzləri hansı ərazilərdir?

Hazırda ikinci koronavirus dalğası çərçivəsində Gürcüstanda 770 xəstənin vəziyyəti ağırdır, bunlardan 238 nəfər süni tənəffüs aparatına bağlıdır. GAXA-nın məlumatına görə, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat verib.

Son bir gündə qeydə alınan 1236 koronavirus infeksiyası hadisələrin əsas mərkəzi Tiflis, İmereti və Sameqrelo-Zemo Svaneti bölgələridir. 

Son məlumatlara görə, Tiflisdə son 24 saat ərzində 485 COVID-19 infeksiyası hadisəsi, İmereti - 219, Samegrelo - Zemo Svaneti - 122 qeydə alınıb. Digər bölgələrdə vəziyyət belədir:

Şida Kartli 87

Kaxeti 87

Acara 84

Kvemo Kartli 55

Mtsxeta - Mtianeti 35

Quriya 28

Samtsxe-Cavaxetiya 27

Racha-Leçxumi və Kvemo Svaneti 7

Hazırda Gürcüstanda 12.698 aktiv koronavirus hadisəsi var ki, bunlardan 3670-i xəstəxanalarda, 638 nəfəri kovid otellərdə, 8390 xəstə evdə müalicə olunur. Ölkədə 770 xəstənin vəziyyəti ağırdır, bunlardan 238 nəfər süni tənəffüs aparatına bağlıdır.

Gürcüstanda ilk koronavirus hadisəsi keçən ilin 26 fevralında  aşkar edilib. Bu günə qədər yoluxmuşların ümumi sayı 247.025 nəfərdir, 231.385 nəfər sağalıb və 2.916 nəfər dünyasını dəyişib.

GAXA.ge