Ali məktəblərə qəbul olan azərbaycanlı gənclərə təhsildə uğurlar arzulayırıq

Bu il Vahid Milli İmtahan çərçivəsində İlya Dövlət Universitetinə 3. 320 tələbə qəbul edilib. GAXA-nın məlumatına görə, hazırda adını çəkdiyimiz universitetdə bir çox azərbaycanlı tələbə uğurla təhsil alırlar.

Günel Vüqar qızı Qocayeva bu il gürcü dilində imtahan verərək İlya Dövlət Universitetinin ingilis dili fakültəsinə yüksək bal ilə qəbul olub və tələbə adına layiq görülüb. O, hazırda I kursda təhsil almaq üçün qeydiyyatdan keçib. Gürcü dili və ingilis dilini mükəmməl bilir. Rus dilini də öyrənməyi qarşısına əsas məqsəd kimi qoyub.

Hazırda Gürcüstanın müxtəlif universitetlərin hazırlıq kursuna Yuxarı Saraldan olan xeyli gənc qəbul olub. Onlar Tiflis və Batumi şəhərlərində oxuyacaq və gürcü dilini daha mükəmməl öyrənmək üçün təhsil alacaqlar.

Qeyd edək ki, Gürcüstnda harada azərbaycanlı gənclər yaşayırsa, onlardan hələ ad və soyadlarını bilmədiyimiz onlarla abituriyent tələbə adına layiq görülüb.

Bütün gənclərə təhsildə böyük uğurlar arzulayırıq!

GAXA.ge