Tetritskaroda külli miqdarda narkotik vasitə aşkar edilib

Kvemo Kartli Polis Şöbəsinin əməkdaşları əməliyyat və istintaq əməliyyatı nəticəsində S.A.-nı Tetritskaro bələdiyyəsində saxlayıblar. GAXA-nın gürcü mətbuatına istinadən məlumatına görə, bu barədə  Daxili İşlər Nazirliyindən bildirilib. 1958-ci ildə anadan olan saxlanılan şəxs qanunsuz narkotik vasitə əldə etmə və saxlama ittihamı ilə həbs edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, saxlanılan şəxsi törətdiyi cinayətə görə, 8 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya qeyri-müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

"Titritskaro bələdiyyəsinin ərazisində polislər tərəfindən saxlanılan şəxsə məxsus avtomobildə aparılan axtarış tədbirləri nəticəsində polis maddi sübut kimi 2 kiloqram 300 qram narkotik vasitə olan "heroin", "morfin" və "kodein" aşkar edib.

Xüsusilə böyük miqdarda narkotik maddənin qanunsuz əldə edilməsi və saxlanması ilə bağlı istintaq  Gürcüstan Cinayət Məcəlləsinin 260-ıncı maddəsinin 6-cı hissəsinin "a" yarımbəndinə uyğun aparılır.

GAXA.ge