Dövlət Naziri vəzifəsini icra edən Lia Qiqauri Müqəddəs Qurban bayramı münasibətilə müsəlman vətəndaşlarımızı təbrik edib

Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri vəzifəsini icra edən Lia Qiqauri Gürcüstanın bütün müsəlman vətəndaşlarını Qurban bayramı münasibətilə təbrik edib. GAXA-nın məlumatına görə, bu barədə nazirliyin aparatı xəbər yayıb.

Təbrikdə deyilir:

"Bu müqəddəs bayram münasibətilə hər bir müsəlmanı ürəkdən təbrik edirəm və sizə sülh, firavanlıq və cansağlığı arzulayıram. Bu gün sizin üçün uğur və tərəqqi üçün bir başlanğıc olmasını diləyirəm!" Sizə əsrlər boyu davam edən dinc yanaşı yaşama, inkişaf və qarşılıqlı hörmət ənənələri arzulayıram.

COVID-19 pandemiyasının yaratdığı çətin vəziyyətdə vəzifəmiz ən qısa müddətdə ölkəni inkişaf yoluna uğurla geri qaytarmaqdır. Bu müddətdə hər bir vətəndaşımızın pandemiya ilə mübarizəyə cəlb olunması və yüksək vətəndaş məsuliyyəti çox mühüm rol oynayır. Buna görə də vətəndaşlarımızın hər birindən xahiş edirəm ki, müştərək səylərlə çətinlikləri dəf etsinlər, bir-birlərinə qayğı göstərsinlər və ölkəmizi möhkəmləndirsinlər.

Bir daha təbrik edirəm, Müqəddəs Qurban bayramı sülh, insanlara qayğı və pisliyin üzərində qələbə bayramıdır. Bu gün müsəlmanlar ətrafındakıları dəstəkləyir və dinlərindən asılı olmayaraq yeməklərini bölüşürlər."

Xatırladaq ki, Müqəddəs Qurban bayramı 3 gün davam edir və Ramazan bayramından sonrakı 70-ci gündə qeyd olunur.

GAXA.ge