Rusiya Ermənistana təbii qazın verilməsini müvəqqəti olaraq dayandırıb

İyunun 26-dan 29-dək Rusiya vasitəsilə Gürcüstan ərazisindən Ermənistana təbii qazın verilməsi müvəqqəti olaraq dayandırılıb. GAXA-nın məlumatına görə, bu barədə Gürcüstan mətbuatına "Qazprom Ermənistan"dan məlumat verilib.

Bildiriib ki, təbii qazın dayandırılmasına səbəb Şimali Qafqaz - Zaqafqaziya qaz kəmərinin Rusiya-Gürcüstan sərhədi hissəsində olan bir qüsuru aradan qaldırmaqdır.

"Göstərilən müddətdə respublika istehlakçılarına qaz tədarükü məhdudlaşdırılmadan həyata keçiriləcək", - deyə məlumat verilib.

Qeyd edilib ki, "Qazprom Ermənistan" Rusiyanın "Qazprom"un törəmə şirkətidir. Şirkət Ermənistanın daxili bazarında təbii qazın tədarükü və satışını təmin edir.

GAXA.ge