Əliyev: “Azərbaycan və Gürcüstan arasındakı mehriban qonşuluq münasibətlərinin və strateji tərəfdaşlığın keyfiyyəti məmnunluq doğurur”

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Salome Zurabişvilini Gürcüstanın Müstəqillik Günü münasibətilə təbrik edib. GAXA-nın məlumatına görə, təbrik məktubunda deyilir:

Xanım Prezident, öz adımdan və Azərbaycan xalqı adından Sizə və bütün xalqınıza dost Gürcüstanın milli bayramı - Müstəqillik Günü münasibətilə ən xoş arzularımı və ürəkdən təbriklərimi çatdırıram.

Azərbaycan-Gürcüstan mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin hazırkı vəziyyəti ürəkaçandır.

Ölkələrimiz arasındakı yüksək səviyyəli əlaqələr, daim siyasi, iqtisadi və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək əlaqələrimizin xarakterik xüsusiyyətləridir.

Əminəm ki, birgə səylər sayəsində bu əməkdaşlıq bundan sonra da xalqlarımızın rifahı naminə uğurla davam edəcəkdir.

Qeyd etmək istəyirəm ki, Azərbaycan xalqı bəşəriyyətin koronavirus pandemiyası ilə üzləşdiyi bu çətin dövrdə gürcü xalqı ilə həmrəydir.

Fürsətdən istifadə edərək, Sizə cansağlığı, işinizdə uğurlar və dost Gürcüstan xalqına firavanlıq arzulayıram",- deyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib.

GAXA.ge