MÜBARİZ MƏNSİMOV “XÜSUSİ XİDMƏTLƏRƏ GÖRƏ” ORDENİ İLƏ TƏLTİF EDİLDİ

Palmalı Şirkətlər Qrupunun Prezidenti, messenat və iş adamı Mübraiz Mənsimov (Qurbanoğlu) Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) “Xüsusi Xidmətlərə görə” ordeni ilə təltif edilib.

Bu barədə “Yeni Gündəm” ə Kiyevdən, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının İnformasiya Departamentindən məlumat veriblər.

Məlumatda deyilir: “23 aprel 2020-ci il tarixdə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov, Palmalı Şirkətlər Qrupunun Prezidenti, messenat Mübariz Mənsimovun (Qurbanoğlu) “Xüsusi Xidmətlərə görə” ordeni ilə təltif olunması haqqında əmr imzalayıb. UQTMŞ Sədrinin əmrində deyilir: “Türk Dünyası və İnsanlıq qarşısında müstəsnə xidmətlərinə görə Mübariz Qurbanoğlu Ukrayna Qarpapaq Türkləri Milli Şurasının “Xüsusi Xidmətlərə görə” ordeni ilə təltif edilsin.

Mənbə: bakixeber.az

gaxa.ge