Etnik azlıqlar yaşayan bölgələrdə məhdudiyyətlər, qaydalar və tövsiyələr barədə 320.000 çap materialı yayımlanıb

Gürcüstanın etnik azlıqlar yaşayan bölgələrində məhdudiyyətlər, qaydalar və tövsiyələr barədə hazırlanan məlumatların yayılması yerli özünüidarəetmə nümayəndələrinin köməyi ilə davam edir. GAXA-nın məlumatına görə, bu barədə Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirliyindən Tina Qoqeliani bildirib. Məlumatda bildirilib ki, etnik azlıqların yaşadığı bölgələrdə; Laqodexi, Telavi, Saqarejo, Marneuli, Bolnisi, Rustavi, Qardabani, Tetritskaro, Aspindza, Dmanisi, Axaltsixe və digər azsaylı xalqların yaşadığı bölgələrdə gürcü, Azərbaycan və erməni dillərində 320.000 çap materialı paylanmışdır.

Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirliyinin şöbə müdiri Tina Qoqeliani bildirib ki, Samtsxe-Cavaxetinin bütün bələdiyyələrində etnik azlıqlar üçün 100.000 məlumat vərəqi paylanacaq.

Məlumata görə, çap məlumatları Birləşmiş Millətlər Təşkilatı Assosiasiyasının və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə yayımlanıb.

GAXA.ge