Karantindən məktub

(Bu məktubu Marneuli rayonundakı Yuxarı Saral kənd sakini Fövqəladə vəziyyət çərçivəsində karantində olduğu günlərdən yazıb və dövlətə onlara göstərilən qayğı üçün təşəkkürünü bildirib)

Salam, mənim ad və soyadım Şamxal Piriyevdir. Biz 20.03.2020 tarixində Bakıdan öz dogma vətənimiz olan Gürcüstan Respublikası, Marneuli rayonundakı Yuxari Saral kəndinə getmək üçün dayım oglu Abbas Yusubov ilə yola çıxdıq. Həmin gün axsham saat 23:00 radələrində Qırmızı Körpü sərhəd buraxılış məntəqəsinə çatdıq. Sərhəddə bizdən başqa heç bir vətəndaş yox idi. Dəfələrlə sərhədi keçməyimə baxmayaraq, daha əvvəl buranı belə görməmişdim, hər yer bomboş idi. Sadəcə kənarda bir tibb çadırı qurulmuşdu. Gürcüstan tərəfə keçəndə ilkin olaraq bizim temperaturumuzu yoxladılar, hər şey qaydasında idi (36,5 C). Temperaturu normadan yüksək olanları tibb çadırına aparıb orda gözləməyi bildirdilər. Daha sonra bizdən sənədlərimizi götürüb maşınlarımızda əyləşməyimizi xaiş etdilər. Bir az gözlədikdən sonra gömrük əməkdaşı bizə yaxınlaşaraq yeni qərara əsasən xaricdən gələn hər bir ölkə vətəndaşının 14 günlük karantində qalmagın zəruri oldugunu dedi. Biz də bu qərara hörmətlə yanaşaraq razılaşdıq və bəzi sənədləri imzaladıq. Maşınlarımızı gömrük dayanacagında dayandırıb ambulansa mindik. Bizi 21.03.2020 saat 03:00-da Tiflisdə yerləşən 4 ulduzlu otellərdən birinə gətirdilər və hər birimizi ayrıca komfortlu bir otaga yerləşdirdilər. Bizdən öz saglamlıgımız üçün otaqdan çıxmamamız xaiş olundu. Karantinin ilk sakinləri biz idik; dayım oglu və mən. Sonrakı günlərdə hər gün otelə 6-7 nəfər gətirirdilər. Hər bir otagın qapısına bir cədvəl asılmışdı. Gün ərzində 3 dəfə olmaqla 6 saatdan bir otaqlara qoyulan termometr vasitəsilə bizdən temperaturumuzu ölçüb həmin cədvələ yazmagımızı xaiş etdilər. Hər gün bizdən nəyəsə ehtiyac varmı və hər hansı bir tibbi problemimizin olub-olmadiıgını soruşurdular. Artiq 11-ci gündür ki, burdayıq. Səhər, günorta və axşam yəməkləri otaga servis gətirirdi. Hər şey çox yaxşıdır, əsas da yeməkləri keyfiyyətli idi. Hər dəfə də 2-3 fərqli yemək, əlavə olaraq meyvə, şirniyyat, meyvə şirəsi və s. verilirdi. Otel işçiləri də bizimlə xoş, gülərüz davranırlar. Tək şikayətimiz son günlərdə internetin zəif olmasidir, bu da yəqin ki, oteldə insanların internetdən çox istifadə etməsi səbəbindəndir. 3 gün sonra burdan çıxanda polis əməkdaşları bizi öz dogma kəndimizə təmənnasız olaraq aparacaqlarını söylədilər. Əslində, bir tərəfdən yaxşı oldu bura gəlməyimiz. Həm özümüzdən əmin olduq ki, heç bir xəstəliyimiz yoxdur, həm də sanki uzun iş günlərindən sonra istirahət etmiş olduq. Burada hər bir vətəndaşa eyni diqqət və qaygı göstərilir heç bir ayrıseçkilik yoxdur. Belə professional həkimlər, polis əməkdaşlarından, xoş və gülərüz otel işçilərindən kim inciyər? Bir daha dövlətimizə bizə belə diqqət və qaygı göstərdikləri üçün təşəkkür edirik.

Gaxa.ge