Natia Turnava Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) layihəsinin yeni baş katibi Aset Asavbayevlə görüşüb

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) layihəsinin yeni baş katibi Aset Asavbayevlə görüşüb. GAXA-nın məlumatına görə, tədbirdə TRACECA layihəsinin Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafındakı rolu müzakirə olunub. Bildirilib ki, ölkəmizin layihədə iştirakı və layihə çərçivəsində əməkdaşlıq və perspektivlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Natia Turnava ölkəmizdə irimiqyaslı infrastruktur layihələri, Bakı-Tiflis-Qars dəmir yolu, Şərq-Qərb sürət magistralı və limanların inkişafı ilə bağlı layihələr barədə ətraflı məlumat verib. N. Turnava və Aset Asavbayev “Orta dəhliz” layihəsi ilə bağlı da fikir mübadiləsi apararaq, dəhlizin inkişafı üçün əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər. Xatırladaq ki, TRACECA proqramına Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, İran, Ukrayna, Moldova, Bolqarıstan və Rumıniya ölkələri daxldir. GAXA.ge