Bakıda "Gürcüstan - Azərbaycan nəsildən-nəslə" adlı sərgi keçirilib

Gürcüstanın Azərbaycandakı səfirliyi, Heydər Əliyev Fondu və Azərbaycan Rəssamlar İttifaqının iştirakı ilə Bakıda "Gürcüstan - Azərbaycan nəsildən-nəslə" adlı sərgi keçirilib. GAXA-nın məlumatına görə, tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin rəsmiləri, diplomatik korpusun və gürcü diasporunun nümayəndələri, eləcə də dəvət olunmuş qonaqlar iştirak ediblər. Sərgidə 120 rəssamın 150 əsəri, sənət və təsviri sənət əsərləri nümayiş olunub. Sərgidə Gürcüstan və Azərbaycan arasında nəsildən-nəslə davam edən çoxəsrlik dostluq münasibətləri, hər iki ölkənin mədəniyyəti, təbiəti və adət-ənənələri əks olunub. Sərgidə çıxış edən Gürcüstan səfiri Zurab Pataridze iki qonşu ölkə arasındakı münasibətlərdən danışıb. Səfir mədəniyyətlərin və sənətlərin insanları bir araya gətirməsində mühüm rol oynadığını və Gürcüstan səfirliyinin məqsədinin dostluğun daha da dərinləşməsinə töhfə verdiyini qeyd edib. Diplomat rəsm əsərlərində Gürcüstanla bağlı duyğularını və təəssüratlarını səmimi şəkildə ifadə edən azərbaycanlı sənətçilərə təşəkkür edib. Tədbirin sonunda Gürcüstan səfiri Zurab Pataridze sərgidə təqdim olunan rəsm əsərlərinin müəllifi olan rəssamlara diplomlar təqdim edib. GAXA.ge