Marneulidə "Biznesə 100 investisiya təklifi" təşəbbüsün təqdimatı keçirilib

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yeni bir komponent - faydalı qazıntı sənayesi lisenziyaları üçün hərrac əlavə etməklə "Biznesə 100 investisiya təklifi" layihəsini genişləndirir. GAXA-nın məlumatına görə, dünən Marneulidə keçirilən təşəbbüsün təqdimatı zamanı İqtisadiyyat Nazirliyinin rəhbəri Natia Turnava bildirib. Yeni təşəbbüsün təqdimatı Marneulidəki bazalt karxanasında baş tutub. Tədbirdə Gürcüstan hökuməti və ölkənin işgüzar dairələrinin nümayəndələri iştirak etmişlər. "Bu investorlara təqdim ediləcək 100 maraqlı obyektdən biridir. Ümid edirik ki, tezliklə burada ən azı 2 milyon lari (demək olar ki, 700 min dollar) sərmayə qoyulacaq, yeni bazalt emalı müəssisəsi tikiləcək və ən azı 20 nəfər yerli sakinlər işlə təmin ediləcəklər”,- nazir bildirib. Nazirin sözlərinə görə, bütün obyektlərin ilkin auksion qiyməti 82 milyon lari (28,6 milyon dollar) təşkil edir. Gözlənilən sərmayə 120 milyon lari (41,8 milyon dollar) ötməsinə baxmayaraq. biznesin əsas şərti, mədənçıxarma ilə yanaşı, Gürcüstanda xammalın emalına da qayğı göstərməkdir. Təşəbbüs sayəsində 1,8 mindən çox adamı işlə təmin etmək mümkün olacaq. "Əsas məqsəd yalnız gürcü minerallarının hasilatı deyil, həm də onların Gürcüstanda emalıdır. Mərmərimizin Gürcüstanda emal edilməsini və yeni tikinti materialları istehsalında istifadə edilməsini istəyirik. Bazaltımızın burada emal edilməsini və süni liflərin verilməsini istəyirik." Qeyd edilib ki, Gürcüstan minerallarla zəngindir - ölkədə qızıl, kömür, manqan filizi, polimetallar və inert materiallar hasil olunur. GAXA.ge