Müdafiə Nazirliyi əsgərin təhqir olunmasını araşdırır

Gürcüstan Hərbi Polis İdarəsi hərbi xidmətə çağırılmış əsgərə fiziki zor tətbiq olunması ilə bağlı istintaqa başlayıb. İstintaqın məlumatına görə, GAXA.ge bildirir ki, hərbi hissələrin birində hərbi hissə rəisi başqa bir hərbi hissənin əsgərinə fiziki təhqir edib. Təhqirə səbəb komandirin əsgərə verdiyi gğstərişin yerinə yetirməməsi olub. Əsgərin bədən xəsarəti almamasına və vəziyyətinin qənaətbəxş olmasına baxmayaraq, o, müvafiq tibb müəssisəsinə gətirilərək, müayinə edilib. Həkimin rəyindən sonra o, dərhal xəstəxanadan buraxılıb. Müdafiə Nazirliyi istintaqın nəticələrinə görə Gürcüstan qanunvericiliyində nəzərdə tutulmuş tədbirlər görüləcəyini bildirib. Məlumata görə, mətbuat hadisə zamanı azərbaycanlı əgərin 5 əsgər tərəfindən döyüldüyü haqqında məlumat verib. Əsgərin heç bir xəsarət almadığı da qeyd edilib. GAXA.ge