Eduard Şevardnadzenin oğlu dövlətdən Mixail Saakaşvilinin hüquqlarını qorumağı xahiş edib

Eduard Şevardnadzenin oğlu dövlətdən Mixail Saakaşvilinin hüquqlarını qorumağı xahiş edib. GAXA-nın məlumatına görə, bu barədə Gürcüstanın ikinci prezidenti mərhum Eduard Şevardnadzenin oğlu Paata Şevardnadze deyib. Onun sözlərinə görə, "istənilən insanın hüquqları, xüsusən də o, nə vaxtsa xalq tərəfindən seçilmiş prezident olubsa, dövlət tərəfindən qorunmalıdır".

GAXA-nın məlumatına görə, bu sözləri Paata Şevardnadze TV "Pirveli"-yə deyib. O, qeyd edib ki, "bu prinsipi heç kim dəyişməyib və bu, hər hansı bir ölkəyə eyni şəkildə aiddir". 
GAXA.ge