Fermerlərə yeni xəbər; Marneulidə YONCA bitkisinin biçini başlayıb

Fermerlərə yeni xəbər; Təzə YONCA bitkisinin bir pressi 6 lari qiymətənə hesablanıb. GAXA-nın məlumatına görə, son günlər təbiətin günlü havasını nəzərə alan YONCA sahələrində ot biçini başlayıb. GAXA-nın məlumatına görə, tezliklə YONCA bitkisinin presləməsinə başlanılacaq. İndidən bağlanmış press alan fermerlər qışa YONCA tədarükü görmək üçün əl-ayağa düşüblər. Hər bir təsərrüfat rəhbəri banklardan aldıqları borcu tez vermək üçün YONCA satışına başlayıblar. Hazırda YONCA-nın bir pressi 6-7 lari arasındadır. Qış aylarında yağışların güclü olmasına görə, bəzi təsərrüfatlarda YONCA bitkisinin yarpaqlarını qurd yemişdi. Belə sahələrə dərman vurulmadıqda bitən YONCA bitkisi ucuz olur. Qurd yemiş YONCA-nın bir pressi hazırda təsərrüfat sahibləri 4 və 4,5 laridən satmaq niyyətindədirlər.

Məhsul sahiblərinin sözlərinə görə, ikinci biçində YONCA bahalanacaq, pressləri saxladıqda isə qış aylarında 9-10 lari, qışın sonunda isə 12 lari olacaq.

GAXA.ge