Baş naziri İrakli Kobaxidze Qurban bayramı münasibətilə müsəlman icmasını təbrik edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin müsəlman icmasını Qurban bayramı münasibətilə təbrik edib. GAXA-nın məlumatına görə, bu barədə hökumət administrasiyası məlumat bildirib.

Baş nazir təbrikdə müsəlmanlarla əsrlər boyu davam edən birgəyaşayış, bir-birinin adət-ənənələrinə və mədəniyyətinə hörmətdən bəhs edib.

“Müsəlman həmvətənlərimizi xeyirxahlıq, qarşılıqlı yardım və ümid bayramı olan Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm”, - deyə Kobaxidze bildirib.

Baş nazir daha sonra əlavə edib: “Bu gün ailələrinizdə hökm sürən bayram əhvali-ruhiyyəsinə qoşuluram və hər birinizə sülh, firavanlıq və xoşbəxtlik arzulayıram”.

GAXA.ge