Qaxaria: "İşini itirmiş vətəndaşlara maddi yardımın verilməsi 28 fevralda başlayacaq"

"Vətəndaşlarımıza ünvanlı sosial yardım göstərməyə davam edirik”, - deyə Baş nazir Qiorqi Qaxaria hökumətin iclasında bildirib. Baş nazirin sözlərinə görə, epidemiyanın ikinci dalğası nəticəsində işini itirən vətəndaşlardan müraciətlər artıq başlayıb.
“Müraciətlərin qəbulu 20 fevral tarixinədək davam edəcək və müvafiq maliyyə yardımının verilməsi 28 fevral tarixindən başlayacaq. Bu, 6 ay ərzində 1200 lari təşkil edəcək. Hər bir vətəndaşımızı ən qısa müddətdə müraciət etməyə çağırıram. Bu günə kimi portallarımıza 45.000 bu cür müraciət yüklənib”,- deyə Qiorqi Qaxaria bildirib.
GAXA.ge