Baş nazir deputatlar qarşısında hesabat verəcək

Mayın 27-də Gürcüstanın baş naziri Qiorqi Qaxaria ölkədə fövqəladə vəziyyət dövründə görülən işlər barədə parlamentin deputatları qarşısında hesabat verəcək. GAXA-nın məlumatına görə, hesabatdan sonra baş nazir deputatların suallarını cavablandıracaq.

Baş nazir bildirib ki, hökumət yaxın günlərdə bütün suallara cavab verməyə hazır olduğunu bəyan edəcək.

"Hökümətin fəaliyyətinin müxtəlif sahələrində cəmiyyətdə müəyyən məsələlərin toplandığını başa düşürük. Son iki ayda hökumətin idarə edilməsinə aid bir çox sual meydana çıxıb. Buna görə parlamentin kürsüsündən izahat verməyə hazırıq",- deyə Qaxaria hökumətin iclasında bildirib.

Gürcüstan Parlamentinin sədri Arçil Talakvadzenin sözlərinə görə, baş nazir çərşənbə günü parlament qarşısında çıxacaq.

"Baş nazir artıq bir məktubla bizə müraciət edib. Növbəti sessiya həftəsində, 27 mayda, o, parlamentdə koronavirusun idarəolunması ilə bağlı hesabatla çıxış edəcək. Burada görülən işləri və gələcək planları müzakirə edəcəyik",- deyə parlament sədri bildirib.

GAXA.ge