Zurabişvili: Təbrik edirəm, Gürcüstan artıq Avropadadır

Təbriklər, Gürcüstan artıq Avropadadır! GAXA-nın məlumatına görə, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili sosial şəbəkədə yazıb.
Futbol üzrə Gürcüstan milli komandası tarixdə ilk dəfə olaraq Avropa çempionatında çıxış edəcək. Gürcüstan millisi Avro-2024-ün seçmə mərhələsinin final oyununda Yunanıstan millisini məğlub edib. Matçın taleyi penaltilər seriyasında həll olunub. Gürcüstan komandası 4:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, İyunun 18-də Gürcüstan millisi Dortmundda keçirilən Avropa çempionatında ilk oyununu Türkiyə millisinə qarşı keçirəcək.

GAXA.ge