Gürcüstan tarixində futbolda qələbə qazanan gənc futbolçularımıza Şərəf ordeni təqdim olunacaq

  Bu gün ən xoşbəxt gündür və bizi birləşdirən xoşbəxtlik budur! GAXA-nın məlumatına görə, bu barədə sevincini ifadə edən Gürcüstanın Baş naziri İrakli Kobaxidze futbol üzrə Gürcüstan milli komandası Avropa çempionatının seçmə mərhələsinin final pley-off mərhələsində Yunanıstana qələbə qazandığını alqışlarla qarşılayaraq deyib. Gürcüstanın baş naziri İrakli Kobaxidze və parlamentin spikeri Şalva Papuaşvili Gürcüstan milli komandasının oyunçularını “Şərəf” ordeni ilə təltif etmək qərarına gəldiklərini İrakli Kobaxidze Tbilisi meri Kaxa Kaladze ilə birlikdə Birinci Respublika meydanında bildirib. Hökumət başçısı Gürcüstan-Yunanıstan matçından sonra milli komandanın oyunçularını, Birinci Respublika meydanına toplaşan azarkeşləri Gürcüstan millisinin qələbəsi münasibətilə təbrik edib

“Şəxsən mən bir azarkeş kimi bu günü 30 il - 1994-cü ildən gözləyirdim və bizə ən böyük xoşbəxtliyi gənc futbolçularmız bəxş etdi. Bu uşaqlar qəhrəmandır və qəhrəmanları qiymətləndirmək lazımdır. Bunlar ən şərəfli insanlardır! Mən və Şalva Papuaşvili bu gün kiçik bir qərara gəldik – oğlanlarımızın hamısına "Şərəf" ordeni veriləcək! Onların hər birinə və hər birinizə böyük sevgi ifadə etmək istəyirəm, bu gün ən xoşbəxt mənəm. Təbrik edirəm!”, – deyə  Baş nazir İrakli Kobaxidze bildirib.

Biz, Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyi (GAXA.ge) olaraq, milli komandamızın bu şanlı və şərəfli qələbəsinə görə, Gürcüstanın futbol tarixinə qızıl hərflərlə həkk etdiyi qəhrəmanlıq qələbəsini alqışlayır və Baş nazir İrakli Kobaxidzenin və Şalva  Papuaşvilinin gənc futbolçularımıza "Şərəf" ordeni verilməsi qərarını sevinclə dəstəkləyir, bütün xalqımızı təbrik edirik!

GAXA.ge