Tiflisdə infrastruktur layihələrinin maliyyələşdirilməsinə 170 milyon lari ayrılacaq

Hökumət başçısının qeyd etdiyi kimi, Tiflisdə infrastruktur layihələrinin maliyyələşdirilməsinə 170 milyon lari ayrılacaq. GAXA-nın məlumatına görə, bu barədə hökumət başçısı İrakli Qaribaşvili bugünkü iclasda bildirib.
 
Hökumət başçısı bildirib ki,  "170 milyon lari də Gürcüstan paytaxtında infrastruktur layihələrinin maliyyələşdirilməsinə ayrılacaq. Biz cənab İrakli Karseladzenin ofisinin büdcəsini də 30 milyon lari artırdıq. Mədəniyyət və idman istiqamətinə 55 milyon lari ayrılacaq, biz də qürurlu polis qüvvələrimizə 35 milyon lari əlavə etdik.

660 milyon lari məbləğində tapdığımız yeni büdcə və əlavə resursların ayrılacağı əsas istiqamətlər bunlardır. Təbii ki, tələblər daha çox idi, nazirliklər konkret planlar təqdim etmişdilər, lakin indiki mərhələdə biz hesab etdik ki, bu, ölkəmizə, ümumən xalqımıza xeyir verəcək layihə və proqramlardır ki, görülməli və maliyyələşdirilməlidir”,-deyə Baş nazir bildirib.
GAXA.ge