Marneulidə “Şotaoba 2022” tədbiri qeyd olunub

Marneuli bələdiyyəsinin təşkilatçılığı ilə, Marneulinin İctimai Kitabxanasında “Şotaoba 2022” qeyd olunub. Marneuli şəhərinin 6 və 8 saylı ictimai məktəblərinin müəllim və şagirdləri, təşrif buyurmuş qonaqlara özlərini təqdim edərək, dünya şöhrətli gürcü şairi Şota Rustavelinin tərcümeyi-halı və yaradıcılığından bəhs ediblər. Tədbirdə çıxış edən məktəblilər Ş. Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" poemasından parçalar ifa ediblər.
Tədbirdə Marneuli Bələdiyyəsinin sədri Amiran Qiorqadze və Marneuli merinin müavini Temur Şubitidze, eyni zamanda yerli özünüidarəetmənin və Marneuli Təhsil Resurs Mərkəzinin nümayəndələri iştirak ediblər.
Bələdiyyə rəhbərləri qonaqlarla birlikdə kitabxananın yaxınlığında yerləşən parkda Şota Rustavelinin abidəsi önünə gül dəstələri qoyublar.

Qeyd edək ki, Marneulidə Şota Rustavelinin abidəsinin rəsmi açılışı 24 noyabr 2021-ci ildə olub. 
GAXA.ge