İranda iki məşhur aktyor həbs edilib

İranın iki məşhur aktyoru hökumət əleyhinə kütləvi etirazlara açıq dəstək verdiyi üçün həbs edilib. GAXA-nın məlumatına görə, bu barədə İranın dövlət xəbər agentliyi “İrna”ya istinadən BBC məlumat yayıb. Bildirilib ki, Henqame Ghaziani və Kataiun Riahi İran hakimiyyətinə qarşı sui-qəsddə və fəaliyyətdə ittiham olunurlar.

İran dövlət mediası hər iki qadının ictimaiyyət qarşısına hicabsız çıxdığını bildirir. Aktyorlar İranın tanınmış ictimai xadimləri sırasında ölkənin din xadimlərinə qarşı etirazçılara dəstək veriblər.

Məlumata görə, İranda etirazlar 22 yaşlı Məhsa Əminin "əxlaq polisi" tərəfindən həbs edilməsi nəticəsində qeyri-müəyyən şəraitdə dünyasını dəyişməsindən sonra başlayıb. Məhsa Əmin sərt hicab qaydalarını pozduğuna görə Tehranda “əxlaq polisi” tərəfindən həbs edilib. Bildirilib ki, zabitlər onu dəyənəklərlə şiddətlə döyüblər.
GAXA.ge