Rusiya səfərbərlik elan etdikdən sonra Gürcüstana 100 minə yaxın rusiyalı gəlib

Rusiya-Ukrayna arasında müharibə başayandan sonra Rusiya səfərbərlik elan etdikdən bir vaxt sonra Rusiyadan Gürcüstana 100 minə yaxın insan Gürcüstana gəlib və ölkədə qalıb. GAXA-nın məlumatına görə, bu barədə gürcü mətbuatı bildirib. Bildirilib ki, Gürcüstana daxil olan 700 min rusiyalıdan 600 mini Ermənistan, Türkiyə və Avropa ölkələrinə gedib. Bundan əvvəl Gürcüstan Daxili İşlər Nazirliyi bu rəqəmi açıqlamışdı - bu ilin martından oktyabr ayına kimi ölkəyə daxil olan və qalan 112 min rusiyalı olub.

Gürcüstan Prezidenti Salome Zurabişvili xarici radioya müsahibəsində bildirib ki, Gürcüstan ərazisinin 20%-nin Rusiya tərəfindən işğal olunmasına baxmayaraq, “heç bir ciddi insident qeydə alınmayıb”.

GAXA.ge