Rəcəb Tayyib Ərdoğan Türkiyənin Rusiya qazının pulunu qismən rublla ödəyəcəyini təsdiqləyib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Rusiya qazının pulunu qismən rublla ödəyəcəyini təsdiqləyib. GAXA-nın məlumatına görə, xəbəri Ukrayna mətbuatı Türkiyənin “Anadolu” xəbər agentliyinə istinadən yayıb.

Türkiyə və Rusiya liderlərinin təbii qazla bağlı yeni razılaşma ilə bağlı razılığa gəlib-gəlmədiyini soruşduqda Ərdoğan deyib ki, Türkiyənin qapısı iqtisadiyyatına sərmayə qoymaq istəyən hər kəsə açıqdır.

Türkiyə prezidenti müzakirəni davam etdirdikdən sonra etiraf edib ki, o, Rusiya qazının pulunu rublla ödəməyə razılaşıb.

“Biz Putinlə (təbii qaz ticarətində) rublla ödəməyə razılaşdıq. Ümid edirəm ki, bu, hər iki tərəfə maddi fayda gətirəcək”, - Ərdoğan bildirib.

GAXA.ge