Gürcüstanda dəri-zöhrəvi dispanserinin direktoru yaralanıb

Tiflisdə dəri-zöhrəvi xəstəliklər dispanserində atışma olub. Dispanserinin direktoru Giorgi Qaldava yaralanıb. GAXA-nın gürcü mətbuatına istinadən məlumatına görə, onu dispanserin əməkdaşı olan həmkarı həkim vurub.

Gürcüstan Daxili İşlər Nazirliyi bildirir ki, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddələri - qəsdən adam öldürməyə cəhdlə aparılır.

GAXA.ge