Putin və Ərdoğan təbii qazın pulunu qismən rublla ödəməyə razılaşıblar

Soçidə keçirilən görüşdə Rusiya Federasiyası və Türkiyə prezidentləri təbii qaz haqqının rublla qismən ödənilməsi barədə razılığa gəliblər. GAXA-nın məlumatına görə, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak Putin-Ərdoğan görüşündən sonra açıqlama verib.

“Biz tədricən milli valyutada ödənişə keçirik, bu, həqiqətən də yeni imkanlar açan, o cümlədən pul-maliyyə münasibətlərimizin inkişafı üçün yeni mərhələdir”, - deyə Novak bildirib.

Onun sözlərinə görə, danışıqlar zamanı tərəflər iqtisadi əlaqələri yeni səviyyəyə qaldıracaq “çox mühüm qərarlar” qəbul ediblər.

Bundan əlavə, prezidentlər görüşdə Suriya və Liviya məsələlərini müzakirə ediblər.

GAXA.ge