Marneulidə yaşayış binasının eyvanı uçub

Marneulidəki 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinin eyvanı ucub. GAXA-nın məlumatına görə, hadisə saat 19:30 radələrində baş verib. Hadisə şahdlərinin məlumatına görə, 4-cü mərtəbənin eyvanı qəflətən uçub və binanın həyətində dayanmış maşını zədələyib.
Hadisə yerinə təcili yardım maşınları və polis nümayəndələri cəlb olunub. Bir təcili yardım maşını yaralıları Marneulidəki xəstəxanaya aparıb. Rustaveli küçəsinin sonunda yerləşən yaşayış binasının ətafına çoxsaylı insanlar və polis nümayəndələri toplaşıb. Təxmini məlumata görə, eyvanın uçması nəticəsində 1 qadın ölüb və 3 uşaq xəsarət alıb. Faktlar dəqiqləşdirilir. 
Faktla bağlı araşdırma başlayıb.
GAXA.ge