Bu gün Gürcüstanda Müstəqillik Gününün 104-cü ili qeyd edilir

Gürcüstanda Müstəqillik Aktı 104 il bundan əvvəl elan olunub. GAXA-nın məlumatına görə, ölkədə ilk demokratik respublika 2 il fəaliyyət göstərib və respublikaya Noe Jordaniya rəhbərlik edib.

1989-cu ilin 9 aprel tarixində gün rus ordusunun qüvvələri Gürcüstan paytaxtında qırğın törədib və 16 nəfər dinc sakin həlak olub. Sonra həlak olanların sayı 21-ə çatıb.

Beləliklə,  iki il sonra ölkədə keçirilən referendumun əsasında Gürcüstan müstəqilliyini elan edib və Ali Sovet Zviad Qamsaxurdiyanın təşəbbüsü ilə Gürcüstanın dövlət suverenliyi haqda Akt qəbul edib.

Ölkədə müstəqilliyin bərpası isə 1991-ci ildə qanlı 9 Aprel faciəsindən sonra baş verib.

Gürcüstanın ilk Müstəqillik Günü həqiqətən ümumbəşəri bayramdır. 26 May igidliyin, birliyin, fədakar zəhmətin, Vətənə sonsuz məhəbbətin nəticəsidir.

Sovet rejiminin yetmiş il ərzində göstərdiyi səylərə baxmayaraq, gürcü xalqı Birinci Gürcüstan Respublikasının mirasını qoruyub saxlamış və bu gün də onun ideallarını bərqərar etməyə çalışır.

Hər il mayın 26-sı bu böyük nailiyyətin və azadlığın güclü sevgisinin təntənəsidir.

Bu gün Gürcüstan Müstəqilliyi Günü yalnız Tiflisdə deyil, ölkənin bütün bölgələrində qeyd edilir.

Müstəqillik gününüz mübarək, Gürcüstan!

GAXA.ge