“Akıncı” pilotsuz uçuş aparatları Azərbaycana gəlib

Türkiyənin Təkirdağ əyalətinin Çorlu rayonundan səmaya qalxan “Akıncı” pilotsuz uçuş aparatları Gürcüstan üzərindən Azərbaycana gəlib və Bakıya enib.

GAXA-nın məlumatına görə, bu barədə Türkiyənin “Baykar” şirkətinin Tvitter hesabında məlumat yayılıb.

"Akıncı" təxminən 2 min km məsafəni uğurla qət edərək Bakı şəhərinə uçub.

Qeyd edək ki, mayın 26-29-da Bakıda “TEKNOFEST-Azərbaycan” festivalı keçiriləcək.

GAXA.ge