Gürcüstanda 3 497 345 potensial seçici var

Gürcüstanın  Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, 3.497.345 potensial seçici var. GAXA-nın məlumatına görə, seçicilərin potensial sayını Dövlət Xidmətlərinin İnkişafı Agentliyi elektron məlumat bazası əsasında tərtib edib və siyahını sentyabrın 15 -də MSK -ya təhvil verib.

Mərkəzi Seçki Komissiyası göstərilən məlumatları seçki dairələri və məntəqələrə bölməklə tərtib edib. Yenilənmiş vahid seçici siyahısını artıq MSK saytında hər bir seçici öyrənə bilər.

Məlumata görə, Tiflisdə seçicilərin sayı 1.002.900 nəfərdir. Bunlardan Krtsanisi bölgəsində qeydiyyatdan keçmiş 41.314 seçici ilk dəfə elektron texnologiyalardan istifadə edərək seçkilərə qatılacaq.

Oktyabrın 2 -dək yetkinlik yaşına çatacaq və bu il ilk dəfə səsvermə hüququ alacaq seçicilərin sayının 39 135 nəfər olduğu barədə məlumat verilib.

Bələdiyyə seçkiləri üçün bülletenlər sentyabrın 25-də 9 mətbəədə çap olunacaq.  Bu prosesi həm MSK üzvləri, həm də müşahidəçi təşkilatların nümayəndələri tərəfindən diqqətlə izlənəcək.

Xatırladaq ki, Gürcüstanda seçkilər oktyabrın 2 -də keçiriləcək. 64 şəhər və bölgənin sakinləri bələdiyyə başçılarını və yerli özünüidarəetmə orqanlarına deputatlar seçəcəklər.

GAXA.ge