Gürcüstanda oktyabrın 2-də keçiriləcək seçkiləri 130 - dan çox təşkilat müşahidə edəcək

Gürcüstan MSK -sı kampaniya və yerli seçkiləri izləmək üçün indiyədək 89 yerli və 45 beynəlxalq təşkilatı qeydiyyata alıb. Bu günə qədər seçkiləri izləyən və seçki kampaniyası zamanı və seçki günü baş verən pozuntularla bağlı materialları dərhal təqdim edən bütün nüfuzlu QHT-lər yerli müşahidə təşkilatları arasında qeydiyyatdan keçiblər.

Məlumata görə, oktyabrın 2 -də keçiriləcək seçkilərdə seçicilər 64 şəhər və bölgənin bələdiyyə başçılarını və yerli bələdiyyə deputatları seçəcəklər.

Bunların arasında "Gənc Hüquqşünaslar Birliyi", "Beynəlxalq Şəffaflıq - Gürcüstan", "Beynəlxalq Ədalətli Seçkilər və Demokratiya Cəmiyyəti", "Çoxmillətli Gürcüstan" və s. təşkilatlar var.

Həmçinin Gürcüstan MSK-sı seçkiləri müşahidə etmək üçün 45 beynəlxalq təşkilatı qeydiyyata alıb. Onların arasında monitorinq aparan və müşahidə edəcək beynəlxalq təşkilatlar, müxtəlif ölkələrin səfirliklərinin nümayəndələri və seçki komissiyaları var. Seçkiləri müşahidə etmək üçün ATƏT / DTİHB missiyaları, Avropa Parlamenti və AB Nümayəndəliyinin Gürcüstana gəlişi gözlənilir.

Seçkiqabağı prosesləri və seçkiləri işıqlandırmaq üçün 45 KİV-dən 2238 jurnalist və operator da qeydiyyata alınıb.

Məlumata görə, MSK tərəfindən seçicilərin ümumi sayı dəqiqləşdirilib; bu say 3 497 345 nəfəri təşkil edib. Bildirilib ki, bu rəqəmdən 1 002 900 nəfəri Tiflisdə, 398 393 nəfəri isə Kvemo Kartlidə səs verəcəyi gözlənilir.

Xatırladaq ki, seçkilərdə 43 partiya iştirak edir.

Qeyd edək ki, xarici ölkələrdən gələcək müşahidəçilərlə birlikdə Azərbaycan Mərkəzi Seçki Komissiyasının nümayəndələri də oktyabrın 2-də keçiriləcək seçkiləri müşahidə edəcəklər.

GAXA.ge