Türkiyədə rusiyalı turistləri daşıyan avtobus aşıb, 3 nəfər ölüb, 16 nəfər yaralanıb

Türkiyənin Antalya vilayətində rusiyalı turistləri daşıyan avtobus aşıb, 3 nəfər ölüb. GAXA-nın RİA Novosti xəbər agetliyinə istinadən məlumatına görə, Türkiyənin Qaziantepə şəhərində təcili yardım maşınları hadisə yerində xəsarət alan 16 nəfərə ilk tibbi yardım ediblər. Hadisə barədə Milliyyət qəzeti də xəbər yazıb.

Milliyet qəzetinin bazar ertəsi verdiyi məlumata görə, Türkiyənin Antalya vilayətində rus turist olduğu iddia edilən avtobus aşıb, 3 nəfər ölüb, 16 nəfər yaralanıb.

Qəzetin yazdığına görə, hadisə Side ərazisində baş verib. Manavgatdan Antalya hava limanına rusiyalı turistləri daşıyan avtobus naməlum səbəbdən beton hasara çırpılaraq aşıb.

Zərərçəkənlər yaxınlıqdakı xəstəxanalara göndərilib.

GAXA.ge