Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Türkiyədə yanğınlar baş verən əraziləri söndürməyə davam edirlər

Türkiyədə baş vermiş güclü yanğınlarla mübarizədə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Türkiyəyə yola salınıb. GAXA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev bildirib.

“Bildiyiniz kimi, dünən bizim birinci dəstəmiz Türkiyəyə yola salınıb. Hazırda onlar Marmarisdən 11 km aralıda yanğına qarşı mübarizə aparırlar. Bu gün aldığımız məlumata görə, yanğın davam edir, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını fədakarlıqla davam etdirirlər. Onlar yerli əməkdaşlarla birlikdə koordinasiya şəklində yanğını söndürməyə çalışırlar” – deyə nazir müavini bildirib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin 100 əməkdaşı, 1 helikopter və 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 220 nəfər yanğınsöndürən və xilasedicilər 2 qrupa bölünərək hazırda Türkiyədə yanğınlar baş verən əraziləri söndürürlər.

Türkiyənin yanğınsöndürənləri ölkədə qeydə alınan 107 yanğından 98-ni lokallaşdıra biliblər. Yanğın barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli özünün "Twitter" səhifəsində məlumat yazıb. Nazirin sözlərinə görə, 11 yerdə yanğın davam edir. Yanğınla mübarizəyə 6 təyyarə, 9 pilotsuz uçuş aparatı (PUA), bir pilotsuz helikopter, 45 yanğınsöndürmə helikopteri, bir yanğınsöndürmə tankeri, 1 080 suçiləyici və 55 inşaat maşını, 4 mindən çox heyət cəlb edilib.

Antalyadan başqa Türkiyənin Kayseri, Bodrum, Osmaniyə, Milas, Adana, Kütahya, Mersin, Dıdım, Kuşadası, Kocaeli bölgələrində kütləvi surətdə meşa yanğınları baş verməkdədir. Türkiyə rəsmiləri hadisənini terror aktı olduğunu istisna etmirlər.

GAXA.ge