Gürcüstanda 24 məhkum qəbul imtahanı verir

Gürcüstanda bu il 24 məhkum Vahid Milli İmtahanlar (VMİ) verir. GAXA-nın məlumatına görə, bu barədə Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidmətindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, məhkumlar bu gün, 2 iyul tarixində imtahan verməyə başlayıblar.

“Xüsusi penitensiar xidmət məhkumların imtahan mərkəzlərinə maneəsiz daşınmasını təmin edir. Hər birinə uğurlar diləyirik”,- deyə xidmətin açıqlamasında bildirilib.

GAXA.ge